Gəncə və Şəkinin su təchizatının yenidən qurulması istiqamətində görülən işlər müzakirə edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.
13 Aprel 2018 15:40 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.
Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional inkişaf departamentinin rəisi xanım Marion Kniş Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələrin növbəti mərhələsi üzrə işlərin intensiv qaydada davam etdirildiyindən məmnunluğunu bildirib. O, qeyd edib ki, içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması əhalinin sosial-məişət xidmətlərindən istifadəsini yaxşılaşdıracaq.
Görüşdə Gəncə və Şəki şəhərlərində su təchizatı və kanalizasiya sisrtemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər və gələcək planlar müzakirə edilib.