Masallıda ərzaq mağazası yanıb

Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən ərzaq mağazasında yanğın baş verib. Fövqəladə Hallar Hazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 m² olan birmərtəbəli ərzaq mağazasının yanar konstruksiyaları 35 m² sahədə və içərisində olan 3 ədəd soyuducu yanıb. Yanğından mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31