Avtomobil yolu keçən 2 piyadanı vurub
Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub. Nəticədə G.Rəfiyeva hadisə yerində ölmüş, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
13 Aprel 2018 16:01 SosialNizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 12-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Orxan Əsgərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zaur Osmanovu və Beyləqan rayon sakini Gülarə Rəfiyevanı vurub. Nəticədə G.Rəfiyeva hadisə yerində ölmüş, Z.Osmanova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ tərəfindən araşdırma aparılır.