Bilik Fondunun təcrübəçiləri Bakı Yunus Emre İnstitutunda

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin Türkiyənin Yunus Emre İnstitutunun Bakıda yerləşən nümayəndəliyində görüşü təşkil olunub.

Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun rəhbərliyi ilə sektorun əməkdaşları və Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin qatıldığı görüşdə qonaqlar institutun iş şəraiti və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

Görüşdə Bakı Yunus Emre İnstitutunun direktoru Cihan Özdemir "Milli kimlik və varislik" mövzusunda mühazirə ilə çıxış edib.

Tələbələrə milli özünüdərkin formalaşmasında mədəniyyətin rolundan danışan C.Özdemir ənənələrə sadiqliyin üstünlüklərindən söz açıb və bildirib ki, insanların rahatlıq tapdığı cəmiyyətin qurulması milliləşməyə sadiq qalmaqdan keçir.

Tədbirdə təcrübəçi tələbələrin sualları cavablandırılıb. Sonda iştirakçılar Yunus Emrə İnstitutunun rəhbərliyi və əməkdaşları ilə birgə xatirə şəkli çəkdiriblər.

Bilik Fondunda təcrübə keçən tələbələr təhsil aldıqları ixtisasa uyğun tapşırıqları yerinə yetirməklə yanaşı, mütəmadi görüşlərə cəlb olunur, tədbirlərdə iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31