Elmi Şuranın növbəti iclası – Universitetdə
Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib.
13 Aprel 2018 15:57 SosialBakı Dövlət Universiteti Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilib. Əvvəlcə universitet üzrə elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən sərgiyə baxış olub. AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rektorları, Şura üzvləri, tanınmış alimlərin iştirak etdiyi iclası giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, 11 aprel 2018-ci ildə keçirilən Prezident seçkilərinin uğurlu nəticələrindən bəhs edib.
İclasda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə BDU-nun rektoru, akademik Abel Məhərrəmova Almaniyada fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü diplomunu və medalını, eyni zamanda İsveçrədə fəaliyyət göstərən UNCOPA təşkilatının Ali Xidmət Ordenini təqdim edib.
Sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə 2017-ci ildə BDU-da yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı hesabatla çıxış edib. Prorektor qeyd edib ki, BDU-nun 17 fakültəsinin 124 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 23 elmi-tədqiqat laboratori-yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ümumiyyətlə 2017-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 185 mövzu üzrə 1046 elmi iş yerinə yetirilib.
Sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev BDU ilə AMEA-nın birgə əməkdaşlığının elm və təhsilin inkişafına öz təsirini göstərməsindən, Akademiyada işləyənlərin böyük əksəriyyətinin BDU məzunu olmasından, BDU-nun elmi hesabatlarının hər il daha da təkmilləşməsindən danışıb.