Sosial

1200 gənc penitensiar xidmətdə qulluğa qəbul olunub

20 Noyabr 2018 14:42

Ədliyyə Nazirliyi tərəfindən penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Notarius olmaq istəyən 24 namizəd müsahibə mərhələsinə buraxılıb

20 Noyabr 2018 14:35

Ölkədə notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Rüfət Quliyev: “Yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir”

20 Noyabr 2018 14:33

“BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir. Hər il yol qəzalarında 1 milyondan artıq insan həlak olur ki, Azərbaycan da bundan kənarda qalmır. Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, 2017-ci 10 ayı ərzində respublika üzrə 1499 hadisə baş verib. Nəticədə 618 nəfər həlak olub, 1406 nəfət isə xərasət alıb. 2018-ci ilin 10 ayı ərzində müqayisə apardıqda isə məlum olur ki, bu il 1432 yol-nəqliyyat hadisəsində 585 nəfər həlak olub, 1383 nəfər isə yaralanıb.

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" Şirvanda

20 Noyabr 2018 13:59

Azercell-in təşəbbüsü ilə 355 nəfərə internetdən təhlükəsiz istifadənin təlimi keçirilib Uşaqların və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi, onların internetin zərərli təsirlərindən qorunması hazırda həm yerli, həm də beynəlxalq qurumların diqqət mərkəzindədir. Birləşmiş Millətlər Təşkilatının ekspertləri uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını öyrətməyi və virtual məkanda onlara qarşı zorakılığa görə cinayət cəzası nəzərdə tutan qanunların qəbulunu da təklif edirlər.

Payız tətili ekskursiyaları təşkil edilib

20 Noyabr 2018 13:16

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün payız tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə tətil günlərində məktəblilər Xalq Təhsili Muzeyinə ekskursiya ediblər. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik, proqram, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.

Hava haqqında - bu ərazilərə yağış yağacaq

20 Noyabr 2018 13:06

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib

20 Noyabr 2018 12:40

Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfransda ölkəmizi Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil edib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, İngiltərə, Amerika, Almanya, İran, İraq və digər ölkələrin qabaqcıl universitetlərinin alimlərinin iştirakı ilə təşkil olunan konfransda elm tarixi, fəlsəfə, linqvistika, din, əxlaq, ədəbiyyat, sənət və incəsənət kimi sahələr geniş elmi müzakirə obyektinə çevrilib.

Novruz Novruzlu vəfat etdi

20 Noyabr 2018 12:10