Notarius olmaq istəyən 24 namizəd müsahibə mərhələsinə buraxılıb

Ölkədə notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Ölkədə notariat orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumatda bildirilir ki, vətəndaş məmnunluğunun təmini, xidmətlərə əlçatanlığın artırılması və xüsusi notariat institutunun möhkəmləndirilməsi məqsədilə "Notariat haqqında" Qanunda mütərəqqi dəyişikliklər edilərək xidmətlərin məsafədən, video əlaqə vasitəsi ilə həyata keçirilməsi imkanı təsbit olunub, habelə fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən Notariat Palatasının yaradılması nəzərdə tutulub. İnsanların təxirəsalınmaz ədliyyə xidmətlərindən yararlanmaq məqsədilə ədliyyə köşklərinin, xüsusilə sərhəddə, hava və dəniz limanlarında, dəmiryolu vağzallarında quraşdırılmasına, bu köşklər vasitəsilə video əlaqə yaradaraq notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və lazımi sənədlərin əldə edilməsinə şərait yaradılacaq. Bu tədbirlər çərçivəsində notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda, o cümlədən yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqədə iştirak edən namizədlərlə bu günlərdə test imtahanı keçirilib və yekun nəticələrə görə imtahanda 24 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31