1200 gənc penitensiar xidmətdə qulluğa qəbul olunub

Ədliyyə Nazirliyi tərəfindən penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyi tərəfindən penitensiar və tibb xidmətlərinin ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Nazirlikdən "Olaylar"a bildirilib ki, ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamı ilə penitensiar xidmətin peşəkar kadr korpusunun formalaşdırılması barədə verilən tapşırıqlara əsasən ötən dövrdə 240-dan çox gənc bu xidmət sahəsinə orta rəis heyətinə qulluğa qəbul olunublar. Bu sahədə aidiyyəti təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində nazirliyin müvafiq olaraq penitensiar və tibb sahələri üçün ixtisaslı kadrlar hazırlanır. Ümumilikdə isə aparılmış şəffaf seçimlər nəticəsində, həmçinin xüsusi təhsil müəssisələrini bitirmiş əksəriyyəti gənclər olan 1.200-dən çox mütəxəssis penitensiar xidmətdə orta rəis heyətinə, 440 mütəxəssis isə tibb xidmətinə qulluğa qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31