Türkiyədə “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfrans keçirilib

Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, düşüncə və din elmləri” adlı beynəlxalq konfransda ölkəmizi Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil edib. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, İngiltərə, Amerika, Almanya, İran, İraq və digər ölkələrin qabaqcıl universitetlərinin alimlərinin iştirakı ilə təşkil olunan konfransda elm tarixi, fəlsəfə, linqvistika, din, əxlaq, ədəbiyyat, sənət və incəsənət kimi sahələr geniş elmi müzakirə obyektinə çevrilib.

Türkiyənin Mardin Artuklu Universitetində keçirilən "Dil, düşüncə və din elmləri" adlı beynəlxalq konfransda ölkəmizi Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil edib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, İngiltərə, Amerika, Almanya, İran, İraq və digər ölkələrin qabaqcıl universitetlərinin alimlərinin iştirakı ilə təşkil olunan konfransda elm tarixi, fəlsəfə, linqvistika, din, əxlaq, ədəbiyyat, sənət və incəsənət kimi sahələr geniş elmi müzakirə obyektinə çevrilib.

Konfransda dosent Anar Qafarov "İctimai şüurun formalaşmasında din və İslam fəlsəfəsinin yeri"mövzusunda məruzə ilə çıxış edib. A. Qafarovlokal və qlobal dəyərlərin mənimsənilməsi və müxtəlif mədəniyyətləri təmsil edən fərd və cəmiyyətlər arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından, qloballaşma hadisəsini müsbət amilkimi dəyərləndirib. Məruzəçi bu proseslə dil, irq, etiqad, mədəniyyət, məzhəb, təriqət və iqtisadi cəhətdən ortaya çıxan müxtəlifliyin ictimai vəhdət zəminində həll olunmasının bəzi problemlər yaratdığını qeyd edib.

Anar Qafarov sosial-mədəni və mənəvi mədəniyyəti tarix boyu özündə əks etdirən Azərbaycanın birgəyaşayış ənənəsi və ictimai dəyərlərindən nümunələr gətirib. Alimin məruzəsitədbir iştirakçıları və alimlər tərəfindən maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31