Gəncədəki partlayışda yaralanan hərbçinin vəziyyəti necədir? -Səhiyyə Nazirliyindən açıqlama

Bu gün Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından çıxarılan Məmmədli Orxan Oktay oğlu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.Bu barədə BakuPost-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Hərbçinin səhhəti ağır-stabildir.Qeyd edək ki, dağıntılar altından çıxarılan şəxs bundan əvvəl hərbi qulluqçu olduğu üçün hərbi hospitala yerləşdirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31