Payız tətili ekskursiyaları təşkil edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün payız tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə tətil günlərində məktəblilər Xalq Təhsili Muzeyinə ekskursiya ediblər. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik, proqram, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün  payız tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə tətil günlərində məktəblilər Xalq Təhsili Muzeyinə ekskursiya ediblər. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik, proqram, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyalar təşkil edilib. Belə ki, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylərə də məktəblilərin səfərləri həyata keçirilib.

Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31