Sosial

Özbəkistanda Azərbaycanla bağlı keçiriləcək “İlin ən yaxşı məqaləsi və televiziya verilişi” müsabiqəsinə Özbəkistan Milli Mətbuat Agentliyi iştirak edəcək

28 Yanvar 2019 15:07

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla bu ölkənin Milli Mətbuat Agentliyinin baş direktoru Abdusaid Koçimov arasında görüş keçirilib. Milli Mətbuat Agentliyində keçirilən görüşdə tərəflər iki ölkə arasında mətbuat -informasiya sahəsində əməkdaşlıq əlaqələri, ötən illərdə həyata keçirilən işlər, layihələr və gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Nazir Əhmədli: “Nəşr etdiyim kitablar siyasətçilərimiz və ideoloji sahənin bütün nümayəndələri üçün kəskin silahdır”

28 Yanvar 2019 14:37

Onu necə təqdim edəcəyimi bilmirdim. Adının, gördüyü işlərinin miqyasının, Azərbaycan üçün canfədakarlığının qarşısında donub qalmışdım. Bir kamikadze ilə üz-üzəydim. Amma necə təqdim edim onu? Köməyimə bir nəfərin onun haqqında yazdığı bir cümləlik rəy çatdı. Azərbaycan üçün bir ziyalıdan çox iş görən Ziyalı – Nazir Əhmədli.

"Əhalinin psixoloji durumunun tənzimlənməsi işində böyük inkişaf yaranacaq"

28 Yanvar 2019 14:18

Təranə Məmmədova: "Yeni qanunun tətbiqi ölkə başçısının "Mən hər bir azərbaycanlının Prezidentiyəm" fikrinin bir daha təsdiqidir"

Azərbaycan tarix elminin “Akademik Yaqub Mahmudov” zirvəsi

28 Yanvar 2019 13:48

Azərbaycan tarix elminin keçdiyi müxtəlif dövrlərə nəzər salsaq görərik ki, dövlətçilik, azərbaycançılıq, milli məfkurə uğrunda mübarizə aparan, milli dəyərləri üstün tutan, bu yolda inamla irəliləyən, xalqın mənəvi tərbiyəsində önəmli rol oynayan şəxsiyyətlər hər zaman aparıcı rola malik olmuşlar. Belə görkəmli şəxsiyyətlərdən biri ömrünün yarıdan çoxunu Azərbaycan tarix elminin inkişafına həsr edən Yaqub Mikayıl oğlu Mahmudovdur.

DİM-n materiallarından qanunsuz istifadə edilir

28 Yanvar 2019 13:46

Son vaxtlar sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar. Bu barədə Dövlət İmtahan Mərkəzindən “Olaylar”a verilən məlumatda bildirilib.Bildirilib ki, onlar imtahana hazırlaşan abituriyentlərə, bakalavrlara elmi-metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir.Qeyd olunub ki, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.

Heyvanlar quduzluğa qarşı peyvəndləndilər

28 Yanvar 2019 13:41

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.

Sosial şəbəkələrin boşanmalara təsiri artıb

28 Yanvar 2019 13:39

Ölkə parlamentində “Gənclər siyasəti haqqında” qanunda bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Sözügedən dəyişikliklərdən biri də qohumlar arasında nikahların minimuma endirilməsindən ibarətdir. Belə ki, sənəddə qohumlar arasında nikahdan uzaq olmaq istiqamətində maarifləndirmə işlərinin aparılnması əks olunub. Xatırladaq ki, son zamanlar gündəmi zəbt etmiş ailə münaqişələri, boşanmalar, ər və ya arvadın xəyanəti, qohumlararası münasibətlərin pozulması, yaxın insanların bir-birini qətlə yetirməsi, ailədaxilində anlaşılmazlıqların hökm sürməsi halları geniş vüsət alıb.