Sosial şəbəkələrin boşanmalara təsiri artıb
Ölkə parlamentində “Gənclər siyasəti haqqında” qanunda bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Sözügedən dəyişikliklərdən biri də qohumlar arasında nikahların minimuma endirilməsindən ibarətdir. Belə ki, sənəddə qohumlar arasında nikahdan uzaq olmaq istiqamətində maarifləndirmə işlərinin aparılnması əks olunub. Xatırladaq ki, son zamanlar gündəmi zəbt etmiş ailə münaqişələri, boşanmalar, ər və ya arvadın xəyanəti, qohumlararası münasibətlərin pozulması, yaxın insanların bir-birini qətlə yetirməsi, ailədaxilində anlaşılmazlıqların hökm sürməsi halları geniş vüsət alıb.
28 Yanvar 2019 13:39 SosialÖlkə parlamentində "Gənclər siyasəti haqqında" qanunda bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Sözügedən dəyişikliklərdən biri də qohumlar arasında nikahların minimuma endirilməsindən ibarətdir. Belə ki, sənəddə qohumlar arasında nikahdan uzaq olmaq istiqamətində maarifləndirmə işlərinin aparılnması əks olunub. Xatırladaq ki, son zamanlar gündəmi zəbt etmiş ailə münaqişələri, boşanmalar, ər və ya arvadın xəyanəti, qohumlararası münasibətlərin pozulması, yaxın insanların bir-birini qətlə yetirməsi, ailədaxilində anlaşılmazlıqların hökm sürməsi halları geniş vüsət alıb. Demək olar ki, hər gün belə xəbərlər eşitməyə bir növ adət etmişik. Əvvəllər belə xəbərləri eşitmək insanları loru dildə desək, şoka salırdısa, indi isə adiləşib. Boşanmaların səbələri isə müxtəlifdir, bura iqtisadi problerdən tutmuş internet resurslarına qədər problemlər daxildir. Statistika komitəsinin məlumatına görə, ölkə əhalisinin sayı 2018-ci ilin əvvəlindən 76 min 493 nəfər artaraq dekabrın 1-nə 9 milyon 974 min 578 nəfərə çatıb. Bir kvadratkilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Ötən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127 min 681 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında 56 min 888 nikah və 13 min 655 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub. Millət vəkili Gövhər Baxşəliyeva ailə münasibətlərində etik davranış qaydalarının tərəfdarı olduğunu bildirib: "Düşünürəm ki, orta məktəblərdə ya fakültativ məşğələ, ya da hansısa fənnin daxilində uşaqlara ailə etikası haqqında dərslər keçirilməlidir. Bir-biriləri ilə mehriban davranış, sivil boşanma məsələləri insanlara öyrədilməlidir, bu sahədə geniş maarifləndirmə işi aparılmalıdır. Cavanlarımız ailə quran zaman vəzifələrini və hüquqlarını bilməlidir. Mətbuatda bəzən hətta belə məlumatlar gedir ki, kişi qadından ayrılır, daha sonra bunu özünə sığışdırmır və hardasa həmin qadını tapıb qətlə yetirir. Belə hallar yolverilməzdir və vaxtında qarşısı alınmalıdır".Gövhər Baxşəliyeva ailə-məişət zəminində cinayətlərin, zorakılığın baş verməsindən narahat olduğunu vurğulayıb: "Mən ailə-məişət zəminində zorakılıq faktları ilə bağlı dəfələrlə çıxış etmişəm. XXI əsrdə belə hadisələr baş verməməlidir. Ailə daxilində bıçağa əl atmaq, zorakılıq faktları yolverilməzdir. Mən istərdim ki, Azərbaycan ailələrində belə hadisələr olmasın. Əgər tərəflərdən birinin, hətta günahı varsa, sivil yolla ayrılmaq lazımdır. Cinayətə və başqa yollara əl atmaq lazım deyil. Video çəkmək, qadının başını qırxmaq, xəsarət yetirmək olmaz. Belə hallar Azərbaycan ailələrinə yaraşmaz. Bizim çox gözəl ailə dəyərlərimiz, münasibətlərimiz mövcuddur. Hesab edirəm ki, həmin ailə dəyərlərini qorumaq və geniş təbliğ etmək lazımdır". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsindən narahatdır. Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir. BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir. Fakt ondan ibarətdir ki, hazırda Azərbaycanda boşanmaların sayı durmadan artır. Ekspertlərin qənaətinə görə, bu gün boşanmaq üçün müraciət edənlərin çoxu kişilərdir. Onların arasında gənc, orta, hətta yaşlı kişilər də var. Hüquqşünas Şəfiqə Nağıyeva bildirib ki, boşanmalara təsir edən əsas səbəbdən də həyat yoldaşının telefona, sosial şəbəkələrə olan aludəliyidir: "Əlinə telefon düşən qadın başlayır "Whatsapp"da, "Facebook"da başqa kişilərlə tanış olmağa, yazışmağa. Bu gün evi, ailəni dağıdan o qadınların yeni texnologiyadan düzgün istifadə etməməsi ciddi problemdir. Bəzi qadınlar hətta uşaqlarını da atıb internetdə tanış olduğu kişiyə qoşulub qaçır. Bir müddət sonra o kişi də ondan istədiyini alandan sonra qadın qalır ortalıqda. Hətta elələri var ki, əri evdə olmayanda yazışdığı kişiləri evinə çağırır, onunla intim münasibətdə olur. Lap əxlaqsızları var ki, bunu övladlarının gözünün qabağında edir. Belə dəhşətli məqama gəlib çıxmışıq". Qeyd edək ki, qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqların müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qızqaçırma, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul edilmir. Bu baxımdan boşanmalara qarşı mübarizə elə aparılmalıdır ki, insanların bu anlayışa münasibəti dəyişsin. Yalnız o halda Azərbaycanın ailə modelini qoruyub saxlamaq mümkün olacaq.
Zəka