Azərbaycanın sürücülük vəsiqələri ilə bağlı ÖNƏMLİ QƏRAR
28 Yanvar 2019 15:20 SosialAzərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.
"Report" xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.
Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə", "ğ", "ö", "ü" işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.
Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31