Heyvanlar quduzluğa qarşı peyvəndləndilər
Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.
28 Yanvar 2019 13:41 SosialYanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.
Nazirlikdən "Olaylar"a bildirilib ki, 59 kəndi və 1 qəsəbəni əhatə edən Şamaxı rayonunda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunub saxlanılması üçün rayonda fəaliyyət göstərən 15 sahə baytarlıq məntəqəsi Şamaxı rayonu üzrə ayrı-ayrı vətəndaşlara və fermer təsərrüfatlarına məxsus 28089 baş iribuynuzlu, 138638 baş xırdabuynuzlu, 250000 baş quş, 12000 təkdırnaqlı heyvanda və qeydə alınmış 5105 ədəd arı ailəsində profilaktik peyvəndləmələr və müayinə tədbirləri aparır. Hazırda Dövlət Baytarlıq Xidmətinin Şamaxı Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 19600 baş iribuynuzlu, 600 baş təkdırnaqlı heyvanlar arasında qarayara, 2000 baş ev iti arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb, eləcə də 1500 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınıb. Tədbirlər yekunlaşdıqdan sonra 1230 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. Rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.