Sosial

Evlilik istək oyunudur - “Kişi ovuna” çıxan qadının əri...

29 Yanvar 2019 16:07

Züleyxa NADİR “Kişi ovuna” çıxan qadının əri...

Rektor Avstriyanın səfiri ilə görüşüb

29 Yanvar 2019 16:04

Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb. Olaylar.az bildirir ki, rektor K.Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ADU-da həyata keçirilən "Səfir saatı" layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

Saatlıda heyvanlar peyvəndləndi

29 Yanvar 2019 15:12

Vətəndaşların müraciətləri nə ilə bağlı olub

29 Yanvar 2019 15:00

2018-cı il ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11074 müraciət qeydə alınıb. “Olaylar” xəbər verir ki, müraciətlər əsasən nazir İnam Kərimovun respublikanın regionları üzrə ayrı-ayrı rayonlarda keçiriləcək qəbullarda iştirak etmək, kənd təsərrüfatı məhsulların satılmasına köməklik göstərməsi, Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən təşkil edilən yarmarkada iştirak etmək və “Kənddən şəhərə” layihəsi ilə əməkdaşlıq etmək, arı ailələrinə görə subsidiyaların verilməsi, iri buynuzlu mal-qara arasında aparılmış süni mayalanma nəticəsində doğulan hər buzova görə subsidiya ödənilməsi, güzəştli kreditlərin verilməsi, damazlıq heyvanların lizinqi, yeni texnika alınması, pambıq yığımının başa çatdırılması, daşınması və təhvil verilmiş pambığa görə ödənişlərin verilməsi, gübrələrin güzəştli satışı, taxılçılıq təsərrüfatlarının kombaynlarla təmin olunması, AMAL layihəsi ilə əməkdaşlıq, Aqrar könüllülərə qoşulma və digər məsələlərlə bağlı olub.

Nazir Əhmədli: “Haqqın divanı ədalətli oldu”

29 Yanvar 2019 14:36

Olaylar.az jurnalist, tənqidçi-yazıçı, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə müsahibənin davamını təqdim edir. II yazı

311 şagird “Sabahın alimləri” VIII Respublika müsabiqəsində iştirak edəcək

29 Yanvar 2019 14:21

Cari ilin 12-14 fevral tarixlərində “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.