Rektor Avstriyanın səfiri ilə görüşüb

Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb. Olaylar.az bildirir ki, rektor K.Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ADU-da həyata keçirilən "Səfir saatı" layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Avstriyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.

Olaylar.az bildirir ki, rektor K.Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ADU-da həyata keçirilən "Səfir saatı" layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.

Dillər Universitetinin rektoru Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb. Azərbaycandakı multikultural mühit haqqında danışan rektor vurğulayıb ki, hazırda "Azərbaycan multikulturalizmi" fənni bir çox ölkələrdə tədris olunur.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirib. Avstriya və Azərbaycan arasında elm və təhsil sahəsində əlaqələrin inkişafından məmnun olduğunu deyib. Avstriya üçün bu sahələr üzrə əməkdaşlıq, dilin təbliği, Avstriya kitabxanalarının mövcudluğunun önəmli amil olduğunu vurğulayan B.A.Bayerl təhsil üzrə əlaqələrin möhkəmləndirilməsi istiqamətində müxtəlif məsələlərin həllində göstərdiyi dəstəyə görə rektor Kamal Abdullaya minnətdarlığını bildirib.

Daha sonra qarşılıqlı əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, Bolonya prosesi, birgə layihələr, əməkdaşların kitab və məqalələrinin tərcümə olunması və gələcək perspektivlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31