Məktəbdənkənar təhsil müəssisələri üçün yeni imkan
29 Yanvar 2019 13:28 SosialTəhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin bəzi ödənişlərinin "Hökumət Ödəniş Portalı"na inteqrasiya edilməsi ilə bağlı təqdimat keçirilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələrinin direktorları və baş mühasibləri iştirak ediblər.
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov bu sahədə həyata keçirilən islahatlar, strateji hədəflər və görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə daha sonra "Hökümət Ödəniş Portalı"nda məktəbdənkənar təhsil müəssisələrinə yaradılmış yeni imkanlarla bağlı təqdimat keçirilib, fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31