Sosial
Geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir
Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 4-dən 6-dək kosmik hava durumunu açıqlayıb. Olaylar.az bildirir ki, geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub. Günəş fəallığı növbəti üç gün ərzində (fevralın 4-dən 6-dək) çox aşağı səviyyədə olacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Cahangir Hacıyevə 4,7 milyard manatlıq ittiham aktı elan edilir
Vəfat etmiş məcburi köçkünün adına ödənişlər edilib
Hesablama Palatası tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həyata keçirilmiş nəzarət tədbirləri zamanı müəyyən edilib ki, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməyib, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları siyahılardan çıxarılmayıb. “Olaylar” Palataya istinadən xəbər verir ki, seçmə qaydada 7 ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməyib, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.
64 nəfər DSMF-nın 33 rayon şöbəsindən əmək pensiyası alırmış
Hesablama Palatası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən nöqsanlara yol verildiyi aşkar edilib. “Olaylar” Hesablama Palatasına istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan Respublikasının ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.
“Leyli və Məcnun” poeması nəfis şəkildə çap edildi
“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib. Olaylar.az bildirir ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Bağçalarda qızılca və “donuz qripi” yayılıb? – Rəsmi cavab
Bərdədə küçəyə atılan uşaqların valideynləri polisdə dindirilir
Sabah hava necə olacaq?
Xanımlar, diqqətli olun: Dezodorant süd vəzisi xərçəngi yaradır!
Britaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər. Sən demə, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır.
“Bu cür yanlış informasiyalar bilərəkdən tirajlanır” - Sabiq direktor
“Bekar”la mənasız söhbət
Yunus Oğuz: "Faktiki olaraq, onlayn media çap mətbuatını üstələyib"
Uşaqlar internetdə hansı məzmunlu saytlara üstünlük verir?
Təəssüf ki, pornoqrafik saytlar da sırada yer alır







081218_2.jpg)




.jpg)

