Sosial
Daha bir xəstəlik yayılır - Bir həftəyə 3400 insan...
Azərbaycanda ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün sərgi keçirilir
Ölkəmizdə ilk dəfə olaraq görmə qabiliyyəti məhdud olan insanlar üçün “Tarixə və ənənəyə toxunuş” adlı sərgi təşkil edilirЯкорь. Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, “Azərsun Holdinq” və Türkiyənin “GEA Arama Kurtarma” və “Ekoloji ve İnsani Yardim” təşkilatının təşəbbüsü ilə reallaşdırılan layihənin açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik missiyaların nümayəndələri və ictimai xadimlər də iştirak ediblər. ASAN” Radio, “ASAN” Könüllülük Məktəbi və “British Council”ın dəstəyi ilə təşkil edilən tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, sağlamlıq imkanları məhdud olan insanların daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduqlarını qeyd etdi.
Ana stress vəziyyətində bu addımı atıb – Deputat
Yanvar ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 13 815 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 13 815 müraciət daxil olub.
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” ndə “Gənclər günü” münasibətilə tədbir keçirildi
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” ndə “Gənclər günü” münasibətilə ” Bu günkü gənclərin müatliə mədəniyyəti , Müstəqil Azərbaycanın inkişafına istiqamətlənir” adlı tədbir keçirildi.
“Onsuz da uzağı bir neçə ildən sonra bütün çap mediası...” - Müsahibə
AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrıldı
AMEA-nın Rəyasət Heyəti aparatının işlər idarəsi və Azad Həmkarlar İttifaqının birgə iclası keçirilib. Olaylar.az bildirir ki, iclasda işlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə qəbul olunduğunu, bununla əlaqədar AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsinin ayrıldığını bildirib.
Bakıda kanalizasiyadan 50-yə yaxın uşaq cəsədi çıxarılıb - Foto
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
Fevralın 7-8-də geomaqnit qasırğasının baş verəcəyi gözlənilir. Maqnit sahəsinin Z komponentinin istiqaməti cənubu göstərərsə, geomaqnit həyəcanlaşması daha güclü olacaq. Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib ki, hazırda Günəşin görünən diskində heç bir Günəş ləkəsi müşahidə olunmur və gündüz ulduzumuz olan Günəş alışmalar generasiya etməyə qadir deyil.
Əflatun Amaşov: "Hər hansı bir qəzet iki min oxucuya çatmırsa..."
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qəzetlərə maliyyə dəstəyi ayırmaq üçün yeni şərtlərini açıqladı. KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur. Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar mart ayının sonunda veriləcək. Bu xəbərlər bəzi qəzetlərin tamamilə sıradan çıxması kimi təəssürat yaratdı.
Yeni istifadəyə verilmiş yaşayış kompleksinə məcburi köçkünlərin köçürülməsinə başlanılıb.
Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə də köçürülmə məhz Sumqayıt şəhərində uzun illərdən bəri müvəqqəti məskunlaşma obyekti olan qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən başlanır. “OLAYLAR” xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib. Püşkatmada Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər.
.jpg)



.jpg)









