“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” ndə “Gənclər günü” münasibətilə tədbir keçirildi

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” ndə “Gənclər günü” münasibətilə ” Bu günkü gənclərin müatliə mədəniyyəti , Müstəqil Azərbaycanın inkişafına istiqamətlənir” adlı tədbir keçirildi.

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi" ndə  "Gənclər günü" münasibətilə " Bu günkü  gənclərin müatliə mədəniyyəti , Müstəqil Azərbaycanın inkişafına istiqamətlənir" adlı tədbir keçirildi.

Tədbirdə çıxış edən "AZƏRKİTAB" Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri  Sabir Həsənov elm və təhsilin inkişafında, gənc nəslin milli ruhda yetişdirilməsində, nitq və təfəkkürün  formalaşmasında mütaliənin mühüm rolu olduğunu qeyd edib. Bildirib ki, Respublikada ilk böyük Kitab Mərkəzini yaratmaqda məqsədi kitaba dönmək, cəmiyyətdə kitaba marağın artırılması və insanların həyatında onun yerini və rolunu yüksəltməkdir.         Sabir Həsənov "AZƏRKİTAB" da gənc istedadların üzə çıxarılması məqsədilə müsabiqələr, sərgilər, təqdimatlar keçirdiyini, eyni zamanda aztəminatli tələbələr, qaçqın və məcburi köçkünlər üçün kitab aksiyaları təşkil etdiyini də vurğuladı.

Sonra,  2 fevral  Gənclər günü - Azərbaycanda 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunduğunu, bunun  Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bir göstəricisi olaraq qeyd etdi.

"Gənclər günü"  MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edildiyini vurğuladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclərin  yekun hesabat verdiyini bildirdi.

Hətta, dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda  BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edildiyini bildirdi.

Tədbirdə ziyalılarımız, millət vəkilləri, elm adamları o cümlədən gənc nəslin nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31