64 nəfər DSMF-nın 33 rayon şöbəsindən əmək pensiyası alırmış
Hesablama Palatası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən nöqsanlara yol verildiyi aşkar edilib. “Olaylar” Hesablama Palatasına istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan Respublikasının ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.
4 Fevral 2019 13:44 SosialHesablama Palatası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə İş İdarəsi tərəfindən nöqsanlara yol verildiyi aşkar edilib. "Olaylar" Hesablama Palatasına istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, təyin edilmiş pensiya işlərinin seçmə üsulla araşdırılması nəticəsində 2016-2017-ci illər ərzində pensiya təyinatı aparılarkən əcnəbilərin respublika ərazisində yaşayış statusu araşdırılmayıb, bir sıra hallarda Azərbaycan Respublikasının ərazisində sonradan daimi yaşamaq icazəsi almış vətəndaşlara onların respublika ərazisində müvəqqəti yaşadıqları dövrdə pensiya təyin edilib.
Nazirlik tərəfindən elektron şəkildə təqdim edilmiş respublika üzrə aktiv olan pensiyaçıların adlı siyahısının İdarədə olan aktiv pensiya işlərinin adlı siyahısı ilə üzləşdirilməsi zamanı İdarənin pensiyaçılar üzrə elektron bazasında bir çox pensiyaçıların şəxsiyyət vəsiqələrinin seriya nömrələrində yalnışlıqların mövcud olduğu, həmin seriya nömrələrinin səhv göstərildiyi, İdarədə qeydiyyatda olan pensiyaçılardan 64 nəfərin eyni dövrdə Fondun 33 rayon (şəhər) şöbəsi üzrə də əmək pensiyası aldığı müəyyən edilib. Eyni zamanda, əlilliyə görə əmək pensiyası təyin edilmiş 285 nəfər pensiyaçının pensiya təyin olunduqdan sonra və ya həmin dövrdə işlədiyi halda onlara pensiyanın sığorta hissəsi olmaqla artıq pensiya məbləğinin ödənildiyi, İdarə tərəfindən təqdim edilmiş aktiv əmək pensiyası alanların adlı siyahısının 22 iş üzrə pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesablarının bağlanılmadığı, Fondun 36 rayon (şəhər) şöbəsi üzrə 63 nəfərin müavinət almaq hüququnun olmamasına və ya həmin hüququn qanunvericiliklə müəyyən edilmiş hallarda və müddətlərdə bitməsinə baxmayaraq onlara ödənişlərin davam etdirildiyi, bu nöqsanlar nəticəsində də artıq sosial müavinət ödənişinə yol verildiyi aşkar edilib.
Həmçinin məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsi istiqamətində də nöqsanlara yol verilib, 53 halda artıq müavinət ödənilib, İdarə tərəfindən audit olunan dövrün əvvəlinə olan 8176,2 min manat məbləğində debitor borcların aradan qaldırılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlərin tam həyata keçirilməməsi səbəbindən həmin məbləğ audit olunan dövrün sonunda əvvəlinə nisbətən 4463,8 min manat və ya 54, 6 % artmış, daxili nəzarət fəaliyyəti qənaətbəxş səviyyədə təşkil edilməyib.
Fərdi uçotun təşkili sahəsində də nöqsanlara yol verilib. Belə ki, fərdi uçot üzrə müvafiq hesabatların sığortaolunanlar tərəfindən təqdim edilmədiyi hallarda zəruri tədbirlər həyata keçirilməyib, müvafiq hesabatların və məlumatların olmaması səbəbindən ödənilmiş vəsaitlərin sığortaolunanların fərdi hesablarına işlənilməməsi hallarına rast gəlinib.