Sosial

Xocalı soyqırımı Çin vətəndaşlarının gözü ilə

26 Fevral 2019 13:13

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Misir ilk dəfə Ərəb-Avropa Sammitinə ev sahibliyi edib

26 Fevral 2019 13:05

Misir ilk dəfə olaraq Misir Ərəb Respublikası Prezidenti Əbdul Fəttah Sisinin və Avropa Şurasının sədri Donald Tuskun birgə başçılılq etdiyi Ərəb-Avropa Sammitinə ev sahibliyi edib. Bu haqda Olaylar.az-a Misir Ərəb Respublikasının Azərbaycandaki səfiri cənab Adil İbrahim bildirib. Sammit hər iki tərəfdən 50 dövlətin dövlət və hökumət başçılarının iştirakı ilə “Sabitliyə investisiya” adı altında 24-25 fevral 2019 il tarixlərində Şarm əl-Şeyx şəhərində keçirilib.