Ağsuda heyvan xəstəliklərinə qarşı profilaktik tədbir aparılır

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, aqrar rayon olan Ağsu rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, nazirliyin yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi 15 sahə baytarlıq məntəqəsi vasitəsilə Ağsu rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 3723 baş iribuynuzlu, 481 baş təkdırnaqlı heyvanda qarayara, 3358 baş sahibli itdə quduzluq, 142000 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə, 3500 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1789 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Bununla yanaşı, 200 baş iribuynuzlu heyvan vərəmə, 300 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub. Fevral ayının 10-dan isə Ağsu rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26 min baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31