Sosial

Universitetdə ilk dərslər Xocalı soyqırımına həsr olunub

26 Fevral 2019 11:10

Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) ilk dərslər Xocalı soyqırımına həsr olunub. Dərslər Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Olaylar.az bildirir ki, Ali təhsil müəssisəsində birinci və ikinci növbənin ilk dərslərində müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətləri haqqında məlumat veriblər, torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyiblər.

Ermənilərin Qarabağda girov götürdüyü ruslar yaşadıqları DƏHŞƏTLƏRİ DANIŞDI

26 Fevral 2019 10:41

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3888 nəfər itkin düşmüş şəxs qismində qeydiyyatdan keçib, 1477 nəfər isə əsir və girovluqdan azad edilib. Erməni quldurlarının əsir-girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.