Qonşu ölkədə 3 nəfər qripdən öldü

Rusiyanın Orenburq vilayətində 2-si uşaq, biri böyük olmaqla 3 nəfər qripdən dünyasını dəyişib.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional şöbəsinin məlumatında bildirilir. Qeyd edilir ki, yoluxma halları əsasən Orenburq, Orsk və Sol-İlets şəhərlərində qeydə alınıb.

Ölüm faktına səbəb isə xəstələrin həkimə gec müraciət etmələridir. Xəstələrdən yalnız 3,8%-i stasionar şöbələrə yerləşdirilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31