13 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 26 fevral tarixində növbəti hərrac reallaşıb. Komitədən "Olaylar"a verilən məlumata görə, müasir üsulların təmin etdiyi fürsətlər prosesdə rəqabətli mühiti yaradıb. Belə ki, ayın son hərracında 13 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilib. İştirakçılardan 2-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş verib. Məlumatda o da bildirilib ki, nəqliyyat vasitələri üzrə iştirakçı aktivliyi budəfəki hərracı rəqabətli edib. Belə ki, buraxılış tarixi 2007 olan VAZ-21043 markalı avtomobil üçün 4 sifariş verilmişdir. İştirakçılar arasında mübarizə ilkin qiyməti 2 dəfə yüksəltdi. Belə ki, start qiyməti 2 min manat olan nəqliyyat vasitəsi 4 min manata özəlləşdirilib. Analoji hal istehsal tarixi 2005 olan Nissan Maxima markalı avtomobil üçün də xarakterikdir. Biri elektron olmaqla, 5 sifarişin verildiyi nəqliyyat vasitəsinin ilkin qiyməti 3 min manat olsa da, qalib iştirakçı onu 5 min 160 manat təklif edərək özəlləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31