Nazirlik əməkdaşları arasında şahmat turniri keçirilir
26 Fevral 2019 13:49 Sosialİqtisadiyyat Nazirliyi əməkdaşları arasında şahmat turniri keçirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında şahmat turnirinə start verilib.Nazirliyin 30-dan çox əməkdaşının iştirak etdiyi yarışlara martın 9-da yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31