Sosial

Gənclər arasında esse müsabiqəsi keçiriləcək

2 İyun 2020 15:46

“Milli Məclisin Gənclər və İdman Komitəsi olaraq 15 iyun Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi elan edilməsini zəruri hesab edirik”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə millət vəkili Könül Nurullayeva çıxış edib. O, bildirib ki, müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları Milli Məclisin Gənclər və İdman Komitəsinin [email protected] ünvanına göndərməlidirlər.