Naxçıvana uçuşlar bu tarixdən başlayır
11 İyun 2020 18:18 SosialOperativ Qərargahın zamanında verdiyi qərar əsasında uçuşların bərpası qərarlaşdırılb.
Bunu Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"İlk uçuş 15 iyun 00:00-da Bakı-Naxçıvan istiqamətində baş tutacaq. 106 yer ayrılsa da, 100 yer satışa çıxarılacaq. Əgər uçuş zamanı hansısa sərnişində virus aşkarlanarsa, təyyarənin arxa sırasında əyləşdirilib, respirator maska ilə təmin olunacaq", - o bildirib.
E.Hacıyev əlavə edib ki, sərnişinlərin hava limanında və səyahət zamanı davranış qaydalarının əyani nümayişi üçün hava yolları tərəfindən tərəfindən videoçarx hazırlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31