2019-2020-ci tədris ili -Teledərslərin yayımı həyata keçirilib

COVID -19 pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat  "Mədəniyyət"  və "ARB Günəş" telekanalları üzərindən TV dərslər yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Olaylar.az bildirir ki, tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

Həmçinin cari ilin 25 aprel tarixindən hər həftənin şənbə günləri məktəbdənkənar fəaliyyət üzrə "Dərsdən sonra"  verilişinin yayımına start verilib.

Virtual məktəb" platformasının 1 milyondan çox üzvü var

2 aprel 2020-ci il tarixindən "Virtual məktəb" layihəsi çərçivəsində ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verilib. Onlayn platformada qeydiyyatdan keçmiş müəllim və şagirdlərin sayı 1 milyonu ötüb. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında "Virtual əlaçı" müsabiqəsi keçirilib. 100-dən artıq şagird bu müsabiqənin qalibi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31