Ailələr məktəb yarışmasında iştirak edib

"Ailəm və məktəbim" layihəsi çərçivəsində paytaxtdakı 193 nömrəli tam orta məktəbdə intellektual oyun keçirilib.

"OLAYLAR" xəbər verir ki, intellektual oyunun keçirilməsində əsas məqsəd ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürmək, gəncləri yaşlılara hörmət ruhunda tərbiyə etmək, cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən​ ibarətdir.

Beynəlxalq Ailə Gününə həsr olunan intellektual oyunda məktəbin fəal ailələrindən ibarət komandalar iştirak edib. Oyun zamanı Azərbaycanın ailə dəyərlərindən bəhs edən filmlərdən maraqlı suallar təqdim olunub.

Sonda məktəbin sosial həyatında fəal iştirak edən ailələr mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31