Vəzifə sahibləri bir çox hallarda xoşbəxtliyin nə olduğunu bilməyən insanlardır - ÖZƏL
16 May 2023 12:40 Sosial"Böyük vəzifə sahibləri bir çox hallarda xoşbəxtliyin nə olduğunu bilməyən insanlardır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimov deyib ki, özləri də fərqində olmadan kreslo, vəzifə və böyük adların qulu olurlar:
"Bir müddət sonra natamamlıq kompleksi və gücün iyrənc qarışımı olurlar. Həyatımız elə yaşamalıyıq ki, yaşlananda və geriyə baxanda "kaşki" sözlərini istifadə etməyək. Elə yaşamaq lazımdır ki, arzularımız real olsunlar və son anlarımızda gülümsəyərək dolu dolu yaşadığımızı düşünək".
Hüquqşünas qeyd edib ki, dünyanın sonu kimi qəbul etdiyimiz bütün problemlər əslində hamının həyatında olur:
"Ancaq bəzən ciddi təzyiq altında insan özü seçimini edir, şəxsiyyət olaraq ölür və ya dəyərlərini və ləyaqətini itirmədən daxili gücü hesabına dözür və daha da güclü olur".