Autizm spektr pozuntulu uşaqların reabilitasiyası üçün bütün zəruri tədbirlər həyata keçirilir - ÖZƏL

"Autizm spektr pozuntulu uşaqların reabilitasiyası və hüquqlarının müdafiəsi ilə bağlı məsələlər dövlətimiz tərəfindən xüsusi olaraq diqqətdə saxlanılır, onların hüquqlarının təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ən modern reabilitasiya mərkəzlərinin yaradılmasını, həmin mərkəzlərin beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz olunması deyilənlərin sübutudur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova Bakı Gənclər Mərkəzi və Orvita Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100-illiyinə həsr olunmuş "Autizm və Mən" adlı konfransda çıxışı zamanı səsləndirib. 

Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oktayqızı, Bakı Gənclər Mərkəzinin direktoru  Nərgiz Babayeva, YAP Nizami rayon təşkilatının qadınlarla iş üzrə əlaqələndiricisi Yeganə Abbasova, həkimlər, müəllimlər, psixoloqlar, loqopedlər, autizmli uşaqların valideynlərinin qatıldığı konfransda millət vəkili konfransın əhəmiyyətindən danışıb, mövzu ilə bağlı fikirlərini bildirib. Jalə Əhmədova məsələnin aktuallığını nəzərə alaraq gələcəkdə bu cür tədbirlərin ali təhsil müəssisələrində daha geniş auditoriyalar qarşısında təşkil edilməsini təklif edib. Bildirib ki, maarifləndirici xarakter daşıyan müxtəlif proqram və ya seminarların təşkili gələcəyin anaları olan gənc xanımların maarifləndirilməsi baxımından çox vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31