Avtomobili arxa-arxaya sürən tələbə xəstəxanaya yerləşdirildi - VİDEO

Dünən Bakının mərkəzi yollarında "Volkswagen Touareg" markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.

Bakını bir-birinə qatan tələbə - Hamı bu hadisədən danışır - VİDEO

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.

Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı "Qafqazinfo"ya təsdiq ediblər.

O da məlum olub ki, orta məktəbi yüksək nəticələrlə bitirən Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir.

Avtosfer.az saytının yaydığı məlumatda Rauf Cabbarbəylinin dünən Azadlıq meydanı yaxınlığında çılpaq soyunaraq sükan arxasında əyləşməsi və oradan başlayaraq avtomobili arxa-arxaya sürdüyü bildirilib. Həmçinin R.Cabbarbəylinin hadisə vaxtı narkotik vasitənin təsiri altında olması iddia edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31