Bakını bir-birinə qatan tələbə - Hamı bu hadisədən danışır - VİDEO
10 Aprel 2023 10:39 SosialBakının mərkəzində sürücü yol qaydalarını kobud şəkildə pozub.
Olaylar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda 90 ED 717 nömrəli, "Volkswagen Touareg" markalı avtomobili idarə edən gəncin maşını Neftçilər metrosundan Xətaiyə qədər "arxa-arxaya" sürdüyü əks olunub.
Görüntüdən də aydın olur ki, sürücü ətrafda olanların həyatını ciddi şəkildə təhlükəyə atıb. Məlumata görə, maşını idarə edən şəxs tələbə imiş.
DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, tələbə avtomobillə yolun əks istiqamətinə doğru hərəkət edib:
"Şəxs təəssüf ki belə saxlanılaraq məsuliyyətə cəlb edilib".
Həmin anlar sosial şəbəkədə də geniş yayılıb. İnsanlar onun bu hərəkətini tənqid ediblər.