İran səfirliyi qarşısında GƏRGİNLİK: AzTV kamerasına hücum etdilər - FOTO + VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Olaylar.az-a verilən məlumata görə, bu barədə reportaj hazırlayan AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə etmək məqsədi ilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb.

Görüntüləri sizə təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31