Bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada öldü

Şəkidə bir ay öncə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tural Əkrəmli martın 3-də idarə etdiyi "Kia Sportage Minik" markalı avtomobillə Şəki şəhəri, Qoxmuq dairəsi istiqamətində hərəkətdə olarkən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.

Həmin gün Şəkidəki xəstəxanaya, səhəri gün isə Abşerondakı tibb müəssisəsinə yerləşdirilmiş piyada aldığı xəsarətlərdən aprelin 7-də orada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31