Daha bir marşrut avtobusunda ödəniş kart sistemi ilə olacaq
8 Aprel 2023 10:30 SosialBakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm marşrut avtobuslarının mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası ilə bağlı tədbirlər davam etdirilir.
"OLAYLAR" quruma istinadən bildirir ki, bu çərçivədə 10.04.2023-ci il tarixindən etibarən "Azadlıq Prospekti" metro stansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.
İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31