Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
7 Aprel 2023 21:31 SosialAzərbaycanda son gündə COVID-19-a yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a bildirilib ki, son gün ərzində koronavirus infeksiyasına 95 yeni yoluxma qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Məlumata görə, xəstəlikdən ölən olmayıb.
Ölkədə indiyədək ümumilikdə 830 230 nəfər koronavirusa yoluxub. Onlardan 819 533 nəfər müalicə olunaraq sağalıb, 10 196 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 501 nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31