Tanınmış musiqiçinin ailə üzvlərinin dəfnindən GÖRÜNTÜLƏR - VİDEO

Tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun ailə üzvləri dəfn olunub. 

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, yas mərasiminə müğənni Manaf Ağayev də qatılıb. O, qəzada həlak olan Bayramın azyaşlı oğlu Bayxanın  dəfnində iştirak edib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Xatırladaq ki, aprelin 5-də saat 15:45 radələrində Ələt-Astara magistralının Salyandan keçən 26-cı kilometrliyində dəhşətli yol qəzası baş verib.

Hadisə nəticəsində sintezator ifaçısı Bayram Bağırsoyun anası və 3 yaşlı Bayxan həlak olublar. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31