Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ - VİDEO

Müğənni Nadir Bayramlı repertuarında hitə çevrilən "Həsrət nəğməsi" mahnısının həmkarı Damla tərəfindən oxumasına münasibət bildirib. 

Olaylar.az bizim media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Səhər mərkəzi" verilişində danışıb. 

Şəbnəm Tovuzlu: "Həyat yoldaşım məni kök sevir..." - VİDEO

Nadir sözügedən nəğməni Damlanın ifasında bəyəndiyini bildirib: 

"10 gün əvvəl Damla mənə zəng edib söylədi ki, "Həsrət nəğməsi" mahnısını ifa etmək istəyirəm. İcazəsini verib söylədim ki, oxuyacaqsan, mən daha çox yada düşəcəyəm. Bu mahnı mənim sənət səhifəmə yazılıb. Bir çox verilişlərdə bu nəğməni ifa edirəm, amma tamaşaçı, dinləyici bu mahnıdan yorulmur.

Demək ki, ürəyə yatan əsərdir. Damla artıq mənim ikinici mahnımı oxuyur. "Sevgililər görüşəndə" nəğməmi "popuri"sinə salıb. Onda da məndən icazə istəmişdi. Bir müddət əvvəl "Sən sevirəm deyəndə" mahnımı da oxumuşdu. "Həsrət nəğməsi" heç də asan nəğmə deyil. Damla bu mahnını özünəməxsus tərzdə oxuyub". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31