15 sentyabra kimi bu qərarlar Qəbul Ediləcək
Ölkəmizdə yumşaldılma tədbirləri mərhələli şəkildə həyata keçirilir. Burada epidemioloji vəziyyət nəzərə alınır.
29 Avqust 2020 11:34 SosialÖlkəmizdə yumşaldılma tədbirləri mərhələli şəkildə həyata keçirilir. Burada epidemioloji vəziyyət nəzərə alınır.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"İctimai nəqliyyatda baş verən sıxlığın azaldılması üçün xəttə əlavə avtobuslar buraxılacaq. Eyni zamanda dərslərin açılmasını da nəzərə alınaraq burada işlər aparılır.
Metronun fəaliyyəti ilə bağlı ölkənin ekspertləri və mütəxəssislərin fikirləri var ki, burada virusun yayılmasına şərait yaranır. Sentyabrın 15-nə qədər vaxt çərçivəsində ictimai nəqliyyatla bağlı başqa qərarların qəbulu istisna deyil".