Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokurorlar TƏYİN EDİLDİ
30 İyun 2020 18:00 SosialProkurorluq orqanlarında yeni təyinatlar olub.
Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.
Bundan başqa Fuad Məmmədova Şirvan şəhərinin prokuroru vəzifəsinin icrası, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31