Mikayıl Cabbarov pandemiyanın iqtisadiyyatımıza təsirindən danışdı

Pandemiya dövründə ölkəmizin iqtisadiyyatı çətinliklə üzləşsə də, iqtisadiyyatımızın strukturunda mənfi təsir minimal səviyyədədir. "Olaylar"ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, biznes mühitin yaxşılaşması istiqamətində işlər görülür: "2019-cu il yanvarın birindən əmək müqavilələri ilə bağlı da islahatlar aparıldı. 2019-cu il yanvarın 1-də 539 min 522 əmək müqaviləsi vardısa, 2020-ci il 26 iyunda bu rəqəm 751 min 705 olub. Bu da o deməkdir ki, 18 ay ərzində 210 min əmək müqaviləsi artıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31