Müştərinin 1500 manatını aparan şəxs yaxalanıb

Bakıda fəaliyyət göstərən mağazaların birindı müştərinin pul kisəsini oğurlayan şəxs ələ keçib. "Olaylar"ın məlumatına görə, Nəsimi rayonu, N.Şahbazov küçəsində yerləşən mağazanın müştərisi İ.Səfərliyə məxsus içərisində 1 530 manat, 200 ABŞ dolları və sənədləri olan pul kisəsi oğurlanıb. İ.Səfərli hadisə barədə polis əməkdaşlarına müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pul kisəsini oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Kənan Alcanov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31