Hesablama Palatası yoxlamaların nəticələrini təsdiqləyib
12 May 2016 14:43 SosialHesablama Palatasının növbəti kollegiya iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur: "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair; dövlət büdcəsindən Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin istifadəsinə dair. İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınmışdır. Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı Audit proqramları təsdiq edilmişdir.