Polislər 3 mina tapdılar
22 Aprel 2016 13:50 Sosial(Region TV) xəbər verir ki, Ağdamın Əfətli kəndində partlamamış hərbi sursatlar aşkar edilib. Piyada əleyhinə "PMM" markalı minalar Qarqarçayın kənd ərazisindən keçən hissəsində tapılıb. Suya axıdılan sursatlar əkin sahələrində təsərrüfat işlərilə məşğul olan kənd sakinləri tərəfindən aşkarlanıb. Tapılan sursatlar tam döyüş hazırlığı vəziyyətində olub. Qurğuların Ermənistan istehsalı olduğu bildirilib. Beş ədəd partlamamış sursat ANAMA-nın regional bazasının əməkdaşları tərəfindən zərərsizləşdirmək üçün götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00