127152 nəfər tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, aprelin 22-nə qədər rayonunda 127152 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. 4186 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 184 nəfər stasionar müalicəyə cəlb edilmiş, 201 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00