Ordudan tərxis olunmuş gənclərlə görüş keçirildi

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın inzibati binasında ordudan tərxis olunmuş bir qrup rayon gəncləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Həmid Mehdiyev, ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclər iştirak ediblər. Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov torpaqlarımızın 20 faizinin işğal olunduğunu bildirərək düşmənlərimizin törətdikləri məkrli hadisələrdən danışıb. Son hadisələrə toxunan Vüsar İsmayılov qeyd etdi ki, artıq dünya Azərbaycan ordusunun hansı gücə malik olduğunu hiss etməkdədir. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov çıxış edərək tərxis olunmuş əsgərlərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Sonda ordudan tərxis olunmuş gənclərə hərbi biletlər təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31